Füzuli rayonunda qanlı cinayət hadisəsi törətməkdə təqsirli bilinən Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Samir Vəliyevin (ad və soyadlar şərti verilib – red.) məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın xəbərinə görə, hadisə Füzuli rayonunun Zobucuq qəsəbəsində olub.
Samir Vəliyev atla örüş sahəsindən yaşadığı qəsəbədəki evinə gəlib. Atı tövlədə bağladıqdan sonra evə yaxınlaşarkən tanımadığı bir şəxsin evə tərəf qaçdığını görüb. O, evdə yad adamı axtarmağa başlayıb.
Evə bitişik yardımçı binaya baxarkən bir kişinin küncdə gizləndiyini görüb. İşıq yanmadığından onu tanıya bilməyib və həmin vaxt ailə üzvlərindən evdə tək olan bacısı Mehribandan yardımçı binadakı şəxsin kimliyini, həyətə gəlməsinin səbəbini soruşub.
Mehriban həmin şəxsin qonşu Sahib Əhmədovun olduğunu, bir qədər əvvəl yaxınlaşaraq onu sevdiyini və razılıq verdiyi halda elçi göndərmək istədiyini deyib.
Bu sözləri eşitdikdə Samir Sahibə xəsarət yetirmək məqsədilə həyətdə stolun üzərində olan bıçağı götürüb və yardımçı binaya girib.