BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəlilabadda biabırçılıq: Restoranda qadın məsləhətxanası fəaliyyət göstərir - FOTOLAR

Cəlilabad şəhərinin mərkəzində, "Azərbaycan" küçəsində fəaliyyət göstərən "Palma" restoranı qadın məsləhətxanası kimi istifadə olunur. 

Pravda.az xəbər verir ki, bununla bağlı Cəlilabad şəhər sakinləri ərazidən çəkilmiş fotolar göndəriblər. 

Sakinlərin sözlərinə görə, Cəlilabad rayonunda 2 böyük tibb müəssisəsi - rayon Mərkəzi Xəstəxanası və Cəlilabad Müalicə Diaqnostika Mərkəzi fəaliyyət göstərsə də, ancaq hamilə və doğumla bağlı həkim məsləhəti restoranda aparılır. 

Sakinlər bu cür qanunsuz əməllərin arxasında Cəlilabad Rayon Mərkəzi Xəstəxanası rəhbərliyinin dayandığını iddia edirlər. 

Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Azadxanovla telefon əlaqəsi saxlamaq cəhdlərimiz nəticə verməyib. 


Demokrat.az 

Tarix: 17 May 2021, 13:04   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin