BURADA REKLAMINIZ OLA
BİLƏR

Dmanisidə vəziyyət gərginləşdi - VİDEO

Gürcüstanın Dmanisi şəhərində yerli azərbaycanlılarla Svanetidən olan eko-miqrantlar arasında toqquşmalar kəskinləşib.

Pravda.az xəbər verir ki, rayonda yaşayan etnik azərbaycanlılar səhər saatlarında küçələrə çıxaraq ötən gün bir azərbaycanlı ailəyə məxsus mağazanı dağıdanların cəzalandırılmasını tələb ediblər.

Şəhərdə asayişin qorunması üçün polis qüvvələri səfərbər edilib. Gürcüstan Daxili İşlər Nazirliyi Dmanisi sakinlərini iğtişaşları dayandırmağa və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmağa çağırıb.

Qeyd edək ki, qarşıdurmalar ötən gün Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən azərbaycanlı ailəyə məxsus “Ömər” marketə kütləvi hücumdan sonra başlayıb.

Mağaza sahibi Qəşəm Şamilovun sözlərinə görə, hücumu həyata keçirənlər Dmanisidə yaşayan bir qrup svan (gürcü) əsilli şəxslərdir. O, hücum edən şəxslərin artıq bir neçə dəfə mağazaya gələrək aldıqları məhsulun pulunu verməyəcəklərini dediklərini bildirib.

 

 
 

Tarix: 17 May 2021, 13:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin