BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılovdan Dmanisidə baş verənlərə REAKSİYA

"Əziz Gürcüstanlı Həmyerlilərim!

Dmanisidə baş verənləri diqqətlə izləyirəm və baş verənlərin erməni-rus təxribatı olduğuna heç bir şübhəm yoxdur. 2020-ci il Qarabağdakı 44 günlük uğurlarımızı heç kim həzm edə bilmir. Uzun illər onlar bizi saymamışdılar. İndi isə Şanlı Azərbaycan Ordusu Azərbaycanın güclü və özünü qorumağı bacaran Dövlət olduğunu hamıya, xüsusilə region dövlətlərinə göstərdi". 

Pravda.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.

"Hamınızdan xahiş edirəm, heç təxribata uymayın. Nə olursa olsun tam sakitliyə riayət edin. Əminəm ki, Azərbaycan və Gürcüstan hakimiyyətləri baş verən təxribatı diqqətlə izləyir və lazımı tədbirləri görəcək. İndi isə hamımızdan əsəblərinizi qorumağı və sakitlik yaratmağı xahiş edirəm", deyə Aslan İsmayılov qeyd edib.

Tarix: 17 May 2021, 14:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin