BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar İsmayılovdan xəbər var

Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, cinayət işinə baxan hakimlər kollegiyasında təmsil olunan Telman Hüseynovun ikinci dəfə koronavirusa yoluxma ehtimalı var və o bu gün test verib.

 

Məhkəmə prosesi bu səbəbdən mayın 24-nə qədər təxirə salınıb.

 

Qeyd edək ki, İ. İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

 

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix: 17 May 2021, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin