Dmanisidə vəziyyət sakitləşib və gərginliyin davam etməsi gözlənilmir.
Pravda.az-ın xəbərinə görə, bunu Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, vəziyyətin təhlil edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə gürcü və azərbaycanlı icmaların nümayəndələri, mənəvi liderlər və gənclərlə görüşlər davam etdirilir.