BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Seçicilər: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik - FOTO - VİDEO

Yeni Azərbaycan Partiyası tərəfindən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülən Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir.

 

Pravda.az-ın xəbərinə görə, seçicilərlə görüş üçün nəzərdə tutulmuş yerlərdə görüşlər keçirən Naqif Həmzəyev həmçinin 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin ərazisində olan məhəllələrdə olur, seçicilərlə görüşür.

 

Seçiçilər də öz növbəsində deputatlığa namizədin görüşlərinə böyük maraq göstərir, onları maraqlandıran sualları Naqif Həmzəyevə ünvanlayırlar.

 

Seçicilərin fəallığı ilə keçən görüşlərdə namizəd bildirib ki, V çağıırış Milli Məclisin deputatı kimi fəaliyyətim dövründə də qapımız hər zaman bütün seçicilərin üzünə açıq olub. Seçicilərimin etimadını doğrultmağı həmişə özümə borc hesab etmişəm, səlahiyyətim çərçivəsində müraciətlərinizin həllinə çalışmışam.

 

Naqif Həmzəyevin V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirən seçicilər birmənalı olaraq, növbəti dəfə də ona səs verəcəklərini bildiriblər. N.Həmzəyev seçicilərə səmimiyyətə və isti münasibətə görə təşəkkür edib, fevralın 9-da fəal olmağa, seçkilərə qatılmağa, etimadlarını doğruldacaq namizədə səs verməyə çağırıb.

 

Fotoları təqdim edirik
Tarix: 21 Yanvar 2020, 15:05   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin