BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kasıblıq ayıb deyil, kasıb olub əlini ağdan qaraya vurmamaq ayıbdır” – Aysel Əlizadə

“Hamı doğuşdan milyonçu olmur. Təmizlikçi işləyən qadının uşağı ilə şəklini paylaşıb əzablı sifət almağa gərək yoxdu. İnsanları zəhmətləri ilə yaşadıqlarına görə utandırmağa nə haqqımız var? Niyə özümüzü başqalarına açıq-aşkar acıyacaq qədər böyük görürük, başım çıxmır. Yoxsulluqdan çıxıb milyonçu olanlar saysızdır bu dünyada. Süpürgəsi ilə ucalanlar da az deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə deyib.

 

A.Əlizadə bildirib ki, acı bu ölkənin tək həqiqətinə çevrilib: “Milyonlarla insan başqalarının acısını ekranlardan həvəslə izləyir. Yaxşı adam pozu almaq istəyənlərin içində acı çəkdiyini göstərən, xal qazanmağa çalışanlar arasında kiməsə acıdığını sərgiləyən nə qədər adam var. “Məhv oldum, dağıldım”, filan... Nə olub? Bir insana kömək etmək istəyən bunu necəsə mədəni şəkildə, üzünə vurmadan edir. Bizim etdiyimiz adamı panikaya salmaqdır. Bütün günü ona yazığı gələnlərin paylaşımını görən insan nə hala düşər? Gör nə gündəyəm ki, hamının yazığı gəlir deyib depressiyaya qapılmazmı? Kasıblıq ayıb deyil, kasıb olub əlini ağdan qaraya vurmamaq ayıbdı. İnsan işləyir; bunu bacarır bunu edir və ya nəyə əli çatır o işdən yapışır. Süpürgəçi qadın tanıyırdım. Deyirdi, qızımı özümlə işə aparıram, insanlar bizə elə baxır elə bil dünyanın ən bədbəxt ailəsiyik. Bəyəm təmizlikçi işləmək ayıb bir şeydi? Mən ki oğurluq etmirəm. Bilirsiz, Almaniyada təmizlikçi işləmək üçün kurs keçməlisən. Gedirsən məşğulluq idarəsinə, nə bacardığını soruşurlar, məsələn, təmizlik işi bilirəm deyirsən; göndərirlər kursa, sonra da sertifikat verib işlə təmin edirlər. Sən də sənədli-sübutlu mütəxəssis kimi işə başlayırsan”.

Tarix: 17 May 2021, 17:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin