Ağstafada 62 yaşlı qadını qətlə yetirən şəxs tutulub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonunun Köçəsgər kənd sakini, 1959-cu il təvəllüdlü Əkbərova Çiçək Əli qızınıqətlə yetirən şəxsin 1987-ci il təvəllüdlü Tural Məmmədov olduğu müəyyən edilib. T. Məmmədov saxlanılıb.
Məlumata görə, saxlanılan şəxs qətli törətdiyini etiraf edib.
Qeyd edək ki, Ağstafa rayonunun Köçəsgər kənd sakini, 1959-cu il təvəllüdlü Əkbərova Çiçək Əli qızının meyiti qonşular tərəfindən yaşadığı evdə tapılıb.