Uzun müddətdir Qarabağ qazilərinin adından istifadə edərək kriminal işlərlə məşğul olan şəbəkənin üzvləri arasında əlbəyaxa dava baş verib.
Hadisə şahidlərinin verdiyi xəbərə görə, dava “Motodrom” ərazisində may ayının 14-də baş verib. Qrupun aktiv üzvlərindən olan Hacıyev Məmmədəli İsgəndər oğlu digər əlillər tərəfindən amansızcasına döyülüb.
Redaksiyamıza təqdim olunan videoda görünür ki, onu “həmkarlar”ı əsalarla şil-küt edirlər. Görüntülərdə qrupun “liderlərindən” hesab olunan Sərxan Musayev də görünür. O və həmçinin dəstənin digər üzvləri oxuculara SOCAR-ın ərazisində, Əhmədli metrosunun yaxınlığında qanunsuz evlərin tikintisi zamanı baş verən qarşıdurmalardan tanışdır.