“Gürcüstanın Dmanisi (keçmiş adı – Başkeçid) rayonunda vaxtilə zəlzələdən zərərçəkmişlər kimi Svanetiyadan köçürülmüş svanlarla yerli azərbaycanlılar arasında ixtilaf yaşanıb. Tamamilə aydındır ki, olaylar kənardan körüklənir. Baxmayaraq ki, yerli səviyyədə narazılıqlar da mövcuddur. Aydındır ki, məsələyə sərt müdaxilə edilməsə, lazımi reaksiya göstərilməsə, bu işlərin axırı yaxşı qurtarmayacaq”.
Etimad Başkeçid: “Olaylar kənardan körüklənir”
Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Etimad Başkeçid deyib.
Yazıçının sözlərinə görə, başkeçidlilər ən ağır şərtlərlər daxilində belə səbatlı duruşu ilə seçilən camaatdır: “Rayonun gürcü əhalisi ilə də həmişə iç-içə, qardaşcasına yaşayıb. İnanıram ki, müdrik gürcü xalqı, gürcü ziyalıları və elitası olaylara doğru-düzgün qiymət verib, ölkəni oyuna salmaq istəyənlərin arzusunu gözündə qoyacaq, Gürcüstan – Azərbaycan dostluğuna xələl gətirilməsinə imkan verməyəcək!”