BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu gündən Azərbaycanda "Sputnik V" peyvəndinin tətbiqinə başlanılır

Bu gündən Azərbaycanda “COVID-19” xəstəliyi əleyhinə Rusiya istehsalı olan "Sputnik V” peyvəndinin tətbiqinə başlanılır.

 

Pravda.az-ın məlumatına görə, 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

 

"Sputnik V" vaksini vurdurmaq istəyən vətəndaşlar Azadlıq prospekti, 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzinə müraciət etməlidirlər.

 

Qeyd edək ki, martın 11-də Baş nazir Əli Əsədov 300 min doza “Sputnik V” vaksininin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb və peyvəndin ilk partiyası ölkəyə gətirilib.

Tarix: 18 May 2021, 00:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin