BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda qiymətlər sürətlə artır

“Bu ilin birinci rübündə MDB dövlətləri arasında istehsal qiymətləri indeksi Azərbaycanda ən yüksək səviyyədə artıb. Bunun başlıca səbəblərindən biri mədən sənayesi bölməsində istehsal olunun məhsulların qiymətlərin  bahalaşmasıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

 

Q.İbadoğlu bildirib ki, istehlak qiymətləri indeksinə gəlincə, Azərbaycanda 1 rübün nəticələri üzrə müvafiq göstərici MDB üzrə orta göstəricidən 2,3 dəfə yüksək olub: “Son 4 ayın göstəricilərinə görə, istehlak bazarında qiymətlər daha sürətlə artıb. Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 104,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,1 faiz təşkil edib. Qiymət artımın yüksək tempini ilin əvvəlində benzinin və suyun bahalaşması, eləcə də idxal olunan malların bəzilərinin mənşə qiymətininin,  daşınma xərclərinin və  gömrük ödənişlərinin süni artırılması şərtləndirib. Beləliklə, ərzaq məhsulları, tikinti materialları daha çox bahalaşmaya məruz qalıb. Elə bu səbəbdən də adətən mövsümi amillərin təsiri ilə deflyasiya qeydə alınan aprel-may aylarında da qiymətlər bahalaşmaqda davam edir. Ölkədə qiymət artımı gözləntisi yüksək olduğundan bahalaşma davamlı olacaq və görünür ki, bu gedişlə Azərbaycan qiymət göstəriciləri üzrə MDB dövlətləri arasında liderliyi il ərzində əldən verməyəcək”.

Tarix: 18 May 2021, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin