Dünən Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi ilə Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyatla bağlı bəzi təfərrüatlar məlum olub.
Pravda.az xəbər verir ki, saxlanılanlardan biri keçmiş hərbçi polkovnik-leytenant Elman Mirzəyevdir.
Məlumata görə, E. Mirzəyev gömrük sisteminə yeni gəlib və Gömrük Komitəsində inspektor vəzifəsində çalışıb. Onun bu vəzifəyə təyin olunan gündən rüşvət aldığı ilə bağlı informasiyalıar var. İddia olunur ki, ona bu məsələlərlə bağlı dəfələrlə xəbərdarlıqlar da edilib.
