Bu gün İqtisadiyyat Nazirliyii ilə Danimarkanın "Carlsberg" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Pravda.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.

"Məqsəd Azərbaycandakı aparıcı beynəlxalq investorlardan biri tərəfindən tamamilə yerli istehsal dövriyyəsinə nail olmaq, daxili podratçıların cəlb olunmasını təmin etmək və ölkəmizdə istehsal olunmuş pivə üçün yeni ixrac imkanları əldə etməkdir."-deyə nazir qeyd edib.