BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda mikroavtobus traktora çırpıldı - VİDEO

Kürdəmir rayonunda yol qəzası baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Şilyan kəndində qeydə alınıb.

 

Belə ki, Göyçay rayon sakini, 1986-cı il təvəllüdlü Adil Səmid oğlu Babayevin idarə etdiyi yüklə dolu qoşqulu traktora arxadan sürətlə gələn "Ford" markalı mikroavtobus çırpılıb. Nəticədə mikroavtobusda olanlardan Kürdəmir rayonunun Şilyan kənd sakinləri, 1988-ci il təvəllüdlü Elnur Maşallah oğlu Məlikov və 1989-cu il təvəllüdlü Pərvin Cəfər oğlu Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar sıxışıb qaldıqları avtomobildən xilasedicilərin köməkliyi ilə çıxarılaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.Report

 

Tarix: 21 Yanvar 2020, 20:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin