Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki Təzhizat İdarəsi elektrik generatoru, elektrik avadanlıqları və digər elektrik alətlərinin təmiri ilə istilik sistemlərinin çəkilişi və yenidən qurulması işləri üzrə elan etdiyi tenderlərin qaliblərini açıqlayıb.
Hər iki tenderin qalibi "TNT ENGINEERING" MMC olub. FHN görüləcək işlər müqabilində şirkətə 290 280 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyst məlumatlarında "TNT ENGINEERING" MMC-nin 09 avqust 2016-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 41, mənzil 11-dir. MMC-nin qanuni təmsilçisi Mürsəlov Şamxal Söhrab oğludur.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Baxmayaraq ki, MMC artıq 4 ildir fəaliyyət göstərir.