BURADA REKLAMINIZ OLA
BİLƏR

Moskvada Rusiya ilə Azərbaycan arasında sənədlər imzalandı

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri Əli Əsədovla Mixail Mişustin arasında görüş baş tutub.

 

Pravda.az xəbər verir ki, tərəflər Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. Həmçinin koronavirus infeksiyasına qarşı ortaq mübarizə planları da görüşdə nəzərdən keçirilib.

 

Ə. Əsədov çıxışında Azərbaycanın Rusiyanın Qarabağ ətrafındakı nizamlanmada rolunu yüksək qiymətləndirdiyini və üçtərəfli bəyanatda göstərilən öhdəliklərin yerinə yetirilməsinə sadiq olduğunu bildirib.

 

M. Mişustin isə iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın fəal şəkildə inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, 2020-ci ildə çətin şərtlərə baxmayaraq qarşılıqlı ticarətdə ciddi azalmaya imkan verilməyib.

 

“2020-ci ildə çətin şərtlərdə, koronavirus pandemiyasının olduğu zamanda qarşılıqlı ticarətdə əhəmiyyətli dərəcədə azalmaya imkan vermədik. Artıq bu ilin əvvəlində - yanvar-mart aylarında ticarət dövriyyəmizi təxminən 3,5%-680 milyon dollar artırdıq , bu da yaxşı göstəricidir”,- deyə Mişustin qeyd edib.

 

Görüş zamanı iki ölkə arasında rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, baytarlıq, gömrük və digər sahələrdə əməkdaşlığı əhatə edən 6 sənəd imzalanıb.

 

Bundan əlavə Baş nazirlərin iştirakı ilə Rusiya Əqli Mülkiyyət Federal Xidməti ilə Azərbaycan Əqli Mülkiyyət Agentliyi arasında da anlaşma memorandumu imzalanıb.

Tarix: 20 May 2021, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin