Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda polisin sevgilisini güllələməsinin təfərrüatı məlum oldu - FOTO

1 462
Paylaş:
Bakıda polisin sevgilisini güllələməsinin təfərrüatı məlum oldu -       FOTO

Mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı sevgilisini öldürərək intihara cəhd edib.

Pravda.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov yaşadığı Yasamal rayonu, 1055-ci məhəllə, 7 saylı binaya gələrək, binanın 14-cü mərtəbəsində kirayə yaşayan, qonşusu 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qısqanclıq zəminində qətlə yetirib.

Polis əməkdaşı qadını qətlə yetirəndən sonra onun yaşadığı binanın balkonuna çıxaraq özünü güllələyib. Polis əməkdaşı özünü güllələdikdən sonra balkondan atılmaq istəyib, lakin paltarı balkonun sürahisinə ilişdiyindən oradan asılı qalıb. Polisin hadisəni törətdiyi tabel silahı binanın həyətindən tapılıb.

Məlumata görə, qətlə yetirilən qadın həyat yoldaşından ayrı, azyaşlı qızı ilə yaşayırmış.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

Bakıda polisin sevgilisini öldürməsinin təfərrüatları məlum olub - Hadisə yerindən GÖRÜNTÜLƏR - Gallery Image

Paylaş:

Ən son xəbərlər