Azərbaycan Prezidenti İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərinin gələcəkdə davamlı inkişaf edəcəyinə əminliyini bildirib və Rusiyada hökumət dəyişikliyini şərh etməyib.
İlham Əliyev: “Bu, Rusiyanın daxili işidir, ona görə burada şərh ediləcək heç bir şey yoxdur”
Pravda.az-ın xəbərinə görə, bu barədə "RİA Novosti" xəbər yayıb.
"Bu, Rusiyanın daxili işidir, ona görə burada şərh ediləcək heç bir şey yoxdur. Əminəm ki, Rusiya-Azərbaycan münasibətləri gələcəkdə davamlı olaraq inkişaf edəcək", - deyə İ.Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.Virtualaz.org