Amerika alimləri koronavirus infeksiyasının daha bir növünün mövcud olduğunu bildiriblər.
Pravda.az xəbər verir ki, bu barədə “Science” jurnalı bildirib.
Qeyd edilir ki, koronavirusun bu növü 2017-2018-ci illərdə Malayziyada pnevmoniya xəstəliyinə səbəb olub. Ehtimala görə, virus insanlara itlərdən ötürülüb, ancaq dəqiq nəticələr haqqında daha sonra danışmaq mümkün olacaq.