Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Hərbi helikopterimiz Türkiyədə məcburi eniş etdi - FOTO

1 261
Paylaş:
Hərbi helikopterimiz Türkiyədə məcburi eniş etdi -       FOTO

Azərbaycana aid hərbi helikopter texniki nasazlıq səbəbindən Türkiyənin Giresun vilayətinin Tirebolu rayonunda dəniz kənarına məcburi eniş edib.

Pravda.az xəbər verir ki, bu barədə “Sputnik Türkiyə” məlumat yayıb.

Giresun valise Enver Ünlü bildirib ki, Azərbaycandan təlimlər üçün Amasyanın Merzifon rayonuna gedən Azərbaycan Silahlı Qüvvələrinə aid altı hərbçini daşıyan helikopter məcburi eniş etməli olub.

Vurğulanıb ki, eniş əsnasında hər hansı yaralanma və ya qəza vəziyyəti qeydə alınmayıb:

“Sahilə məcburi eniş ediblər. İki helikopter olub, digəri Merzifona gedib. Altı hərbçi Tireboludadır, onları qonaq edəcəyik”.

Paylaş:

Ən son xəbərlər