"İşğal altında olan torpaqlarımızı azad edəndən sonra erməni diasporunun və onların havadarlarının təsiri ilə UNESCO regiona missiya göndərilməsi məsələsində ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirdi və bu, bizi məyus etdi. Halbuki tərəfimizdən ilkin mərhələdə missiyanın həyata keçirilməsi üçün işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik məsələlərinin həll edilməsinin vacibliyi, xüsusilə ərazilərin minalardan təmizlənməsi prosesinin və iqlim vəziyyətinin əlverişli olmadığı bizim tərəfimizdən diqqətə çatdırılsa da, qərəzli yanaşma davam etdi. Artıq işğaldan azad olunmuş ərazilərdə müəyyən təhlükəsizlik tədbirləri həyata keçirilib və ölkəmiz UNESCO missiyasını qəbul etməyə hazırdır".
Pravda.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.