BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda insulin şprisləri istehsal olunacaq

Pirallahı Sənaye Parkının rezidenti "Diamed Co" MMC-nin şpris istehsalı müəssisəsi fəaliyyətini genişləndirir.

 

İqtisadiyyat Nazirliyindən Pravda.az-a verilən məlumata görə, şirkət yaxın günlərdə istehsal etdiyi məhsullar sırasına daha 5 çeşid məhsul əlavə etməklə, məhsullarının sayını 9-a çatdıracaq. Yeni məhsullar – insulin şprisləri, 1 qramlıq şprislər, müxtəlif ölçülü kəpənəklər, damardaxili kateterlər və sistem setləridir.

 

Hazırda müəssisədə 2, 5, 10 və 20 qramlıq olmaqla 4 növ şpris istehsal edilir. Zavodda 60-a yaxın işçi çalışır. Zavodun 3 növbəli iş rejiminə keçməsi ilə əlaqədar işçi sayının artırılması nəzərdə tutulur.

 

Tarix: 21 May 2021, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin