BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan məhsullarının Britaniyaya ixracı təşviq ediləcək

Bakıda Böyük Britaniyanın Azərbaycanda Ticarət və Sənaye Palatası açılıb.

Pravda.az-ın məlumatına görə, açılış mərasiminə həsr olunmuş tədbirdə çıxış edən Britaniyanın Azərbaycanda Ticarət və Sənaye Palatasının yaradıcılarından biri, "Rapid Solutions" şirkətinin regional direktoru Hovard Lin qeyd edib ki, palatanın əsas məqsədlərindən biri daha çox Böyük Britaniya şirkətlərini Azərbaycana cəlb edərək, burada biznes qurmaqlarına dəstək olmaqdır.

Onun sözlərinə görə, palatanın yaradılması ideal vaxta təsadüf edib. Belə ki, Azərbaycan ərazilərini azad edib və ölkənin iqtisadi potensialı, xüsusilə də turizm sahəsində artıb.

H. Lin onu da qeyd edib ki, palatanın məqsədlərinə həm də Azərbaycanın yerli şirkətlərinin məhsul və xidmətlərinin Britaniyaya ixracını təşviq etməsi də daxildir.

Tarix: 21 May 2021, 15:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin