BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yaşıl qələm” bağına mediatur oldu

Bakının Zığ şossesinin kənarında jurnalistlərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə salınmış “Yaşıl qələm” jurnalistlər bağında əkilən ağaclara bu gün media nümayəndələri tərəfindən qulluq olunub və ərazidə yeni ağaclar əkilib.

Pravda.az xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media qurumlarının rəhbərləri, tanınmış  jurnalistlər və mətbuat nümayəndələri iştirak ediblər.  

Xatırladaq ki, 2019-cu ilin martın 10-da 100-dən çox jurnalistin iştirakı ilə sözügedən ərazidə yapon əzgili, feyxoa, nar, ərik ağacları əkilmiş və bağa "Yaşıl qələm" adı verilmişdi.

Tarix: 21 May 2021, 15:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin