BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank məlumat yaydı

Bu ilin yanvar-mart aylarında Azərbaycanda nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 24,5% azalaraq 5,9 mlrd. ABŞ dolları ekvivalentində olub.

 

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, nağdsız valyuta əməliyyatlarının 85,6%-i ABŞ dollarında, 14,4%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 30,6%-i banklararası valyuta bazarında (BVB), 69,4%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

 

Qeyd edək ki, hesabat dövrü ərzində, BVB-də əməliyyatların 99,5%-i ABŞ dollarında, 0,5%-i avroda aparılıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 4,1 mlrd. dollar ekvivalentində olub ki, bunun da 79,4%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 95,2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

 

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 2 dəfə azalaraq 1,1 mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 89%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

Tarix: 21 May 2021, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin