Bir neçə gün öncə müğənni Əli Mirəliyevin efirdə şəxsi həyatı ilə bağlı bir sıra etiraflar edərək vaxtilə evli qadınla sevgili olduğunu deməsi böyük səs-küyə səbəb oldu. Son vaxtlar bəzi müğənnilərin şəxsi həyatı ilə gündəmə gəlməsi sosial şəbəkələrdə müzakirə edilir. İstifadəçilər arasında şou-biznes əhlinin insanlara pis örnək olduqlarını iddia edənlər də az deyil. Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Nadir Qafarzadə sənətçilərin efirdə şəxsi həyatları barədə danışmasının əleyhinə olduğunu qeyd edib: “Bilirsiniz, əgər bir insanın özü, ailəsi nümunəvidirsə, onun çıxıb efirdə bundan danışması normaldır. Bu düzgün təbliğatdır. Bəzi tamaşaçılar deyir ki, müğənnilər neyləyir, nə tökürsə, camaat da onu öyrənir. Birincisi, hər kəs öz ata-anasından nəyisə öyrənsin. Müğənniyə gələndə isə, əgər efirdə çıxıb danışırsa qoy yaxşı şeylərdən danışsın. Əgər düzgün təbliğat aparıb söhbət edəcəksə, etsin”.
Sənətçinin fikrincə, gələcək nəslin tərbiyəsində mənfi rol oynaya biləcək söhbətlərin efirdə səsləndirilməsi düzgün deyil: