Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Kəlbəcərdə vəfat edən əsgərin yaxınları danışdı

2 027
Paylaş:
Kəlbəcərdə vəfat edən əsgərin yaxınları danışdı

Müdafiə Nazirliyinin məlumatına görə, Kəlbəcər rayonu ərazisində əsgər Şükürov Elmir İlham oğlu qeyri-döyüş şəraitində vəfat edib. Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Pravda.az xəbər verir ki, Elmir Şükürovun yaxınlarının verdiyi məlumata görə, o, ötən ilin iyul ayında hərbi xidmətə çağırılıb.

Xüsusi təyinatlı qüvvələrin tərkibində hərbi xidmət keçən Elmir Şükürovu bu ilin mart ayında Şuşaya aparıblar. May ayında – “Xarıbülbül” festivalı keçirilən vaxtlarda da o, ailəsi ilə əlaqə saxlayıb, Şuşada olduğunu bildirib. Əsgərin ailəsi övladlarının hələ də Şuşada olduğunu zənn edirmiş. Lakin bu gün səhər onlara zəng edilib və övladlarının Kəlbəcər rayonu ərazisində – Murovda vurulduğu bildirilib. Hansı şəraitdə və necə vurulması barədə isə heç bir məlumat verilməyib.Dominant.az

Paylaş:

Ən son xəbərlər