Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Kaduna şəhər hava limanı yaxınlığında qəzaya uğrayıb.
Pravda.az xəbər verir ki, qəza nəticəsində 8 nəfər dünyasını dəyişib.
Ölənlərdən biri Nigeriya Silahlı Qüvvələrinin quru qoşunları Baş Qərargah rəisi, general İbrahim Attairudur.
Qəzanın səbəbləri araşdırılır.
Hərbi təyyarə düşdü - Baş Qərargah rəisi öldü