BURADA REKLAMINIZ OLA
BİLƏR

Lerikdən deputatlığa namizəd Fərid Şahbazlı qapı-qapı seçicilərlə görüşür - FOTOLAR

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Fərid Şahbazlı təbliğat-təşviqat kampaniyasının ilkin mərhələsində qapı-qapı gəzirək seçicilərin təklif, problem və istəklərini dinləyib.

 

Pravda.az-ın xəbərinə görə, ilkin mərhələdə Lerik şəhəri, Günəşli, Hamarmeşə, Piran kəndlərini əhatə edən görüşlərdə namizəd müxtəlif sosial qruplardan olan vətəndaşlarla tək-tək görüşərək, onları narahat edən məsələlər ətrafında geniş müzakirələr aparıb.

 

F.Şahbazlı qeyd edib ki, gənc namizəd kimi leriklilərin böyük diqqət və dəstəyini hiss edib: “Bütün həmyerlilərimə minnətdaram, onların etimadına layiq olmağa çalışacam. Qarşıda isə bizi daha genişmiqyaslı görüşlər gözləyir”.

Fotoları təqdim edirik
Tarix: 22 Yanvar 2020, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin