Sumqayıtda mebel salonundan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mebel salonlarının birindən 21250 manat dəyərində 3 ədəd kondisioner, transformator hissələri, 1 ədəd “DVR”, 1 ədəd monitor, 15 ədəd görüntü kamerası, kamera-mühafizə rejimi qurğuları, yanğın təhlükəsizliyi komplekt siqnalizasiya sistemi qurğuları və 2000 metr elektrik naqil oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov saxlanılıb.
Araşdırma aparılır.
Sumqayıtda 21 min manatlıq oğurluq olub