“Şəhid Şirəli Adilov bircə ay imiş ki, ailə həyatı qurub. Bu zaman onlar “Kontak Home”dan kreditlə mebel alıblar. Şirəli şəhid olandan 2 ay sonra Razindəki “Kontakt Home”un əməkdaşları borca görə şəhidin evindən mebelləri götürüb aparıblar. Ana deyir ki, nə qədər desəm də, oğlumun çarpayısıdır, orada iyi var, aparmayın, qulaq asmadılar. Çarpayını söküb aparıblar”.
Pravda.az xəbər verir ki, bu sözləri Vətən müharibəsi şəhidi Adilov Şirəli İlham oğlunun evində olan idmançı Kamil Zeynallı deyib.
O bildirib ki, şəhidin qardaşı və bacısının səhətində problemlər olduğu üçün işləyə bilmirlər.