Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Çində faciə: 16 nəfər öldü

1 340
Paylaş:
Çində faciə: 16 nəfər öldü

Çinin şimalındakı Qansu əyalətində keçirilən ultramarafon zamanı on altı nəfər həlak olub, daha beş nəfər itkin düşüb.

Bayin şəhəri yaxınlığında yarış şənbə günü səhər başlayıb. Yarış zamanı bölgədə əlverişsiz hava şəraiti mövcud olub. Lakin agentlik söhbətin hansı hava şəraitindən getdiyini açıqlamayıb. Yerli vaxtla saat 3:00-da (Bakı vaxtı ilə saat 23:00) xilasetmə qrupları 16 nəfərin öldüyünü təsdiqləyib. Məlumata görə, itkin düşmüş 5 nəfərin axtarışı əməliyyatı hələ də davam edir.

Çinin “People's Daily” nəşrinin məlumatına görə, söhbət güclü yağışlardan gedir. Yağışlar nəticəsində 15 idmançı həlak olub, daha 6 nəfər itkin düşüb. Digər 151 nəfər təxliyə edilib.

Ultramarafon dayandırılıb.

Paylaş:

Ən son xəbərlər