MADO-da iftar açmağın qiyməti 19 manat 50 qəpikdir.
Vaxtilə Azərbaycanda Qafqaz Universiteti var idi. Və xeyli sayda tələbə-müəllim-alim cəlb etmişdi.
Sonra Fətullah Gülən söhbətinə görə, ləğv edildi.
Yaxşı, Fətullah Gülənlə bağlı Qafqaz Universiteti bağlanırsa, niyə onun adı ilə bağlı restoranlar, banklar, otellər bağlanmır?
Məsələn, Ziraat bank niyə bağlanmır?
Deyərsiniz ki, bank söhbəti bir az qəlizdir. Bəs restoranlar şəbəkəsi kimi fəaliyyət göstərən və ayda milyonlarla dövriyyəsi olan şəbəkə necə fəaliyyət göstərir?
Universitet vacibdir, yoxsa restoranlar şəbəkəsi?
Məlumat üçün qeyd edək ki, MADO restoranlar şəbəkəsi Azərbaycanda 2010-cu ildən fəaliyyət göstərir. Mediada yayılan məlumatlardan bəlli olur ki, bu restoran əcnəbi müştərilərə xoş sifət göstərir, mədəni davranır, bizim yerli müştərilərə isə hörmətsiz yanaşır, kobud davranır.