BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah yağış yağacaq

Mayın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə, mayın 24-də mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16-21 isti, gündüz 25-30 isti, Bakıda gecə 18-20 isti, gündüz 28-30 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 gündüz 40-45 faiz olacaq.

 

Nazirlik xəbərdarlıq edir ki, mayın 24-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza görə, mayın 24-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Mayın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 30-35 isti, dağlarda gecə 12-17 isti, gündüz 21-26 dərəcə isti olacaq.

Tarix: 23 May 2021, 12:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin