Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Etibar Əliyev: Kimsə kiminlə uzun müddət görüşməyəndə deyir: "hardasan, ay, vicdansız!"

1 337
Paylaş:
Etibar Əliyev: Kimsə kiminlə uzun müddət görüşməyəndə deyir: "hardasan, ay, vicdansız!"

Gündəlik həyatımızda ən çox işlədilən ifadədələrin biri barədə; Kimsə kiminlə uzun müddət görüşməyəndə deyir: "hardasan, ay, vicdansız!" Özü də bunu ürəkdən deyirik. Bəs bu anlayışın mənası nədir: Mən izahlı lüğətləri və ensikopediyaları çox yaxşı bilən adamam. Ötən əsrin 90-cı illərindən bu məsələlərə məşğulam. Beləliklə, "Azərbaycan dilinin izahlı lüğəti"ndən: IV cild səhifə 484-485. Vicdan is. (ərəb dilindəndir) Öz hərəkəti üçün mənəvi məsuliyyət hissi, təmiz ürək hissi, öz hərəkətlərinin yaxşı və ya pis olduğunu duyma”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

“Vicdanı təmiz olmaq.-Ürək al qanə dönmüş, Hadiya, hüzni-ümumidən; Bu hüznü bəxş edən kimdir dilü vicdanə, bilməm ki! Məhəmməd Hadi. Vicdansız: Vicdanı olmayan, öz hərəkəti üçün cəmiyyət qarşısında  mənəvi məsuliyyət hiss etməyən, ürək hissi təmiz olmayan; insafsız. "Vicdansız adam. Vicdansız hərəkət. -(Sara:) "Əbdül adi bir nökər isə də, sizin kimi vicdansız deyil. Cəfər Cabbarlı

Bu qədər sadə! Belə isə nədən bu qədər savadsız Yanaşma!” – E.Əliyev qeyd edib.

Paylaş:

Ən son xəbərlər