87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkilliyinə iddialı namizəd Ayaz Qocamanov təşviqat prosessi çərçivəsində kəndlərdə seçiciləri ilə görüşləri davam etdirir. Ağsunun Kəndoba, Cəlayir, Cəfərli və Ağabəyli kəndlərində sakinlərlə görüşən Ayaz Qocamanovu kənd ağsaqqalları qarşılayıb, ona böyük dəstək verdiklərini açıq şəkildə bildiriblər.
Ayaz Qocamanovun seçki qərərgahından Pravda.az-a verilən məlumata görə, seçki platforması barədə kənd sakinlərinə ətraflı məlumat verən namizəd ilk öncə ağsaqqallardan xeyir-dua alıb, daha sonra onların problemlərini dinləyib, kəndlərdəki vəziyyətlə maraqlanıb.
Ayaz Qocamanov bildirib ki, 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə bağlı bütün təşviqat proqramlarını təxirə salıb:
“İstədim ki, təşviqata 20 Yanvar facisəinin 30-cu ildönümündən sonra başlayım. 20 Yanvar günü çoxsaylı sakinlərlərlə birlikdə rayondakı Şəhidlər Xiyabanını və 20 Yanvar abidəsini, şəhidlərimizi ziyarət etdik, dualar oxuduq. Bu bizim vətəndaşlıq borcumdur. Öncə şəhidlərimiz, daha sonra təşviqat”.
Millət vəkilliyinə namizəd Ayaz Qocamanov qeyd edib ki, təşviqat çərçivəsində kənd sakinləri ilə görüşlərə start verib:
“Kəndlərdə görüşlərə ilk olaraq sizinlə başladım. Bütün kəndlərdə olacam, insanlarla tək-tək görüşüb onların problemlərini dinləyəcəm, kəndlərdəki ümumi problemlərin həlli üçün lazımı dəstək verəcəm”.