“Kontakt Home” şirkətinin şəhidin müharibədən qabaq aldığı malı, həyatda olmadığı zaman ödəmə qabiliyyətli olmayan ailəsindən geri istəməsi və şəhid anasın ağlatması heç bir əndazəyə sığmır”.
Bu fikirləri iqtisadçı alim Məhəmməd Talıblı səsləndirib. O fikirlərini bu cür davam etdirib: “Şəhidlik ruhun anlamaya bilərsən. Qazinin etdiklərini dərk etməyə də düşüncənizin miqyası imkan verməz. Amma bunu anlamaq o qədərmi çətindir. Hələ şəhidlərin analar ruhunda və üzlərindəki barmaqları ilə cızılmış yaraları qaysaq bağlamayıb. Müasir biznesin sivil şərtlərindən biri də Korporativ Sosial Məsuliyyət (KSM) anlayışıdır. Yalnız gəlir üçün çalışma məqsədi olan biznes strukturlarının cəmiyyət qarşısında da sosial məsuliyyətləri var. Cəmiyyət onları zəngin edir. Onlar da cəmiyyətin sosial qayğılarının bir hissəsini öz çiyinləri üzərinə götürməklə istehlakçı gözündə özlərinin reputasiyalarını yaxşılaşdırmış olurlar. Əgər bir şirkətin KSM siyasətində şəhid ailəsi, qazi övladına yönəlik dəstək elementi belə yoxdursa, o zaman bu cür şirkətlər şəhidlərin ölümü hesabına tamlığına qovuşmuş torpaqda yaşamaq haqqını mənəvi-psixoloji baxımdan çoxdan itiriblər”.