BURADA REKLAMINIZ OLA
BİLƏR

Aydın Mirzəzadə yas mərasiminə görə seçicilərlə görüşü təxirə saldı

2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizəd Aydın Mirzəzadə yas mərasiminə görə seçicilərlə görüşü təxirə salıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə A.Mirzəzadə məlumat verib.

 

"Bu gün Mingəçevirdə yaşayış kvartallarının birində seçicilərlə qrafik üzrə növbəri görüşüm olmalı idi. Görüş yerinə gələndə məlum oldu ki, qonşu bina qarşısında yas mağarı qurulub.Görüş iştirakçılarına gəldiklərinə görə təşəkkür etdim, amma yasa görə görüşün təxirə salındığını bildirdim. Qeyd etdim ki, bir azərbaycanlı kimi hətta tanımasam belə yasda iştirakı əhəmiyyətli sayıram. Yas yerinə gedib yas sahibinə başsağlığı verdim və məclisdə iştirak etdim" - deputatlığa namizəd qeyd edib.

 

Tarix: 22 Yanvar 2020, 14:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin