Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Koronavirusa qarşı vaksinin ədalətli bölünməməsi pandemiya ilə mübarizəni uzadır - ÜST

1 259
Paylaş:
Koronavirusa qarşı vaksinin ədalətli bölünməməsi pandemiya ilə mübarizəni uzadır -     ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus koronavirusa qarşı vaksinin dünyada ədalətli bölünməməsini rüsvayçılıq adlandırıb.

Pravda.az-ın məlumatına görə, Baş direktor bunu Cenevrədə keçirilən 74-cü Ümumdünya Səhiyyə Assambleyasında bəyan edib.

Cənab Qebreyesus bildirib ki, vaksinin ədalətli bölünməməsi pandemiya ilə mübarizəni uzadır.

O, bu il koronavorusa yoluxma səviyyəsinin artıq 2020-ci ildəki səviyyəni keçdiyini bildirib.

ÜST rəhbəri dünyada pandemiya ilə bağlı vəziyyətin çox təhlükəli olaraq qaldığını deyib.

O qeyd edib ki, 23 maya olan məlumata görə, ÜST-ə 166 346 635 nəfərin koronavirusa yoluxduğu, 3 449 117 nəfərin öldüyü barədə informasiya daxil olub.

Paylaş:

Ən son xəbərlər