Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Deputat Azərbaycanda Analar gününün qeyd olunmasını təklif etdi

1 135
Paylaş:
Deputat Azərbaycanda Analar gününün qeyd olunmasını təklif etdi

“May ayında çox əlamətdar bayramlar qeyd edilir. 10 May - ulu öndərin anadan olması, 28 may - Şərqdə ilk demokratik cümhuriyyətin qurulması və digər bayramlar”.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, bir sıra ölkələrdə isə may ayında Analar günü bayramı qeyd edilir: “Sözsüz ki, 8 Mart - Beynəlxalq Qadınlar günü var. Amma bu, siyasi motivli bayramdır. Türkiyədə isə Analar günü mayda qeyd edilir. Bu bayram bizim milli-mənəvi dəyərlərimizə tam uyğun gəlir. Şuşa uğrunda döyüşən şəhidlərimizin, Mübariz İbrahimov kimi qəhrəmanların anaları qarşısında baş əyirik. Bu bayramın Azərbaycanda da keçirilməsi gənclərin vətənpərvər ruhda formalaşmasında da çox əlamətdar hadisə olar”.

Paylaş:

Ən son xəbərlər