Müğənni Manaf Ağayev həmkarı Rəqsanə İsmayılovadan danışıb. O, xanım ifaçının Moskvada baş verənlər haqda dediklərinə münasibət bildirib.
M.Ağayev mövzu ilə əlaqədar bunları söyləyib:
“Əvvəla bu qadın söhbətidir, mən qarışmamalıyam. Rəqsanənin xətrini çox istəyirəm. O mərd xanımdır. Uzun illərdir ki, dostluq əlaqələrimiz var. Oxumağını da bəyənirəm. Lakin həmin söhbət lazım deyildi. Kim nə edirsə, öz adınadır.
Sən isə şou cameasını biabır edirsən. Başqaları da deyir ki, sənətçilər belədir. Hər kəs öz həyatını yaşayır. O da qadındır, görmüsən görməməzliyə vur. Mən də çox hadisənin şahidi olmuşam.