Müğənni Kərim Abbasov vətəndaşları peyvənd vurdurmağa səsləyib.
Pravda.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan ifaçı darıxdığımız həyatı qaytarmaq üçün peyvənd olunmağın vacib olduğunu bildirib:
"Nə məclislərdə yığışa, nə də doyunca əylənə bilirik. Hər kəs böyük ailələrin olduğu məclislər üçün darıxıb. Bunun üçün peyvənd etdirmək lazımdır. Darıxdığımız günləri qaytarmaq isə bizim əlimizdədir.