Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Qərənfil Əhmədova vəzifəsindən azad edilib.


Pravda.az-ın məlumatın görə, bununla bağlı müvafiq əmr imzalanıb.


Əmrə əsasən, Qərənfil Qorxmaz qızı Əhmədova Cəlilabad RTŞ-nin müdiri vəzifəsindən çıxarılıb.


Qeyd edək ki, Q.Əhmədova 2019-cu ildən bu vəzifədə çalışırdı.


O, daha əvvəl Cəlilabad şəhər 8 saylı məktəb-liseyin direktoru vəzifəsində çalışıb.

Report