Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Pravda.az xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Hindistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.