Gənclər və İdman Nazirliyi idman, sağlamlıq sahələrində COVİD pasportunun nə vaxtdan tətbiq edilməsinə aydınlıq gətirib.
Gənclər və İdman Nazirliyindən bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 25 may tarixli brifinqində qarşıdakı günlərdə bir sıra yumşalmaların olacağı elan edilib.
Pravda.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi Mətbuat Xidmətinin rəhbəri vəzifəsini icra edən Qabil Mehdiyev qeyd edib ki, əhalinin çoxdan gözlədiyi həmin yumşalmalar arasında idman zallarının açılması idman ictimaiyyətinin çoxdan gözlədiyi qərar idi: “Qərara əsasən, idman zalları iyunun 10-dən xidmətə başlayır. Yalnız 18 yaşdan yuxarı vətəndaşlar həmin gündən etibarən COVID-19 pasportunu göstərməklə zallara daxil olub məşq edə biləcəklər. Buna görə də idmançılara, idmanla məşğul olmaq istəyən digər vətəndaşlara tövsiyə edirik ki, vaxt itirmədən, indidən vaksin olunsunlar ki, idman zallarının xidmətlərindən yararlana bilsinlər”.