Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə növbəti komandir hazırlığı məşğələsi keçirilib.
Müdafiə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, komandir hazırlığında bölmələrdə “Günün nizam qaydaları”na uyğun tədbirlərin icra olunması üzrə keçirilən məşğələdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları icra edib.
Məşğələ zamanı “Vətən müharibəsinin nəticələrinin Hərbi Hava Qüvvələri baxımından təhlili” mövzusunda dərs keçirilib.