ABŞ-ın Kaliforniya əyalətində atışma olub.
Pravda.az xəbər verir ki, ilkin məlumata əsasən, atışmada 6 nəfər ölüb, xeyli sayda yaralı var. Hüquq-mühafizə orqanlarının məlumatına görə, silahlı hücumu təşkil edən şəxs öldürülüb.
Polis insanları hadisənin baş verdiyi əraziyə gəlməməyə çağırıb. İnsidentin səbəbləri araşdırılır və faktla bağlı cinayət işi açılıb.
ABŞ-da atışma - Xeyli sayda ölən və yaralanan var