Qananın mərkəzi hissəsində, Breman yaşayış məntəqəsindəki mədəndə qanunsuz yolla qızıl axtarışında olan yerli sakinlər dağıntılar altında qalıb.

Pravda.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Nigeriyada gəmi qəzasında 28 nəfər boğularaq ölüb

Çadda müxalifət liderlərindən biri yeni keçid hökumətini tanıyıb

Milli Fəlakət İdarəetmə Təşkilatının direktoru Co Donkor açıqlamasında bildirib ki, sözügedən mədəndə iş çoxdan dayandırılıb.

O, əlavə edib ki, qanunsuz mədənçiliyə qarşı işçi qrupların fəaliyyəti dayandırıldıqdan sonra qızıl axtarmaq məqsədilə əraziyə yerli sakinlər axın edirlər:

"Hazırda mədəndən üç nəfərin cəsədi tapılıb: kişi, qadın və gənc qız. Ərazidə tapılan alət və avadanlıqlardan bu qənaətə gəlinib ki, mədənin dərinliyində qırxdan çox insanın olduğu ehtimal olunur”.

Donkor bu səbəbdən ölənlərin sayının artmasını istisna etməyib.

Digər insanların axtarışı davam etdirilir.